- Xəbər news
- 21:58 14.03.2026
Arsenal'ın futbolçusu Məsut Özil örnək addım atıb.
Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Kenyanın Nayrobi şəhərində yaşayan Lavrens adlı uşağın qələmlə arxasına “Özil” yazdığı formalı şəkilləri sosial mediada məhşurlaşıb. Bu şəkilləri görən 30 yaşlı futbolçu həmin uşağa və dostlarına hədiyyə olaraq forma, top və butslar göndərib. Şəxsi “İnstagram” səhifəsində uşaqların şəkillərini paylaşan təcrübəli futbolçu bu sözləri yazıb: “Öz əlləriylə düzəltdiyi formanı geyinən uşaqların şəkillərini internetdə görəndə çox təsirləndim. İndi Lavrensə baxın. Onu və qardaşını belə xoşbəxt gördüyüm üçün çox sevinirəm”.