- Xəbər news
- 22:34 14.11.2024
Çexiya 2-ci divizionunda 7-ci turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Vişkov”la üz-üzə gəlib. Jijkov təmsilçisi bu oyunda məğlubiyyətlə üzləşib – 1:4.
Fərid Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
“Viktoriya” 7 turdan sonra 7 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.