- Xəbər news
- 22:34 14.11.2024
Polşa mətbuatı yay fasiləsində Ekstraklasaya keçən futbolçuların çıxışını dəyərləndirib.
Corner.az xəbər verir ki, oyunlarına görə fərqləndirilən futbolçular arasında “Legiya”da çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli də yer alıb. Bu barədə “sport.wprost.pl” saytı məlumat yayıb.
Məlumatda, Emreliylə yanaşı, Vladan Kovaçeviç (“Rakov”), Mixal Pazdan (“Yagelloniya”), Kamil Qrosiçki (“Poqon”), Lukaş Podolski (“Qornik”), Joao Amaral (“Lex”), Damian Kadzior (“Pyast”), Mayk Navroçki (“Legiya”) və Matey Hanuşek (“Visla”) fərqləndirilib.
Mahirin “Legiya”da çıxışına belə davam edəcəyi halda, Polşada çox qalmayacağı və daha səviyyəli çempionata üz tutacağı qeyd olunub.
Bu yay “Qarabağ”dan ayrılaraq “Legiya”ya keçən Mahir Emreli Varşava təmsilçisi ilə 13 oyunda 6 qol vurub.