27 oktyabr 2024. Bazar günü

Qurbanlı Dinamo-Avto'dan qələbə


Qurbanlı Dinamo-Avto'dan qələbə

Futbol üzrə Moldova çempionatında 9-cu turun oyunları keçirilir

Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı formasını geyindiyi “Dinamo-Avto”da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Sfintul George”nın qonağı olub.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 9 oyunda 8 xal toplayıb və 8 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.







Xəbər news