- Xəbər news
- 12:35 30.04.2026
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə təyinat alıb.
Corner.az-ın məlumatına görə, o, qadın futbolçulardan ibarət Türkiyə və Portuqaliya yığmaları arasında dünya çempionatının seçmə oyununda iş başında olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 16-da Türkiyənin Alanya şəhərindəki "Oba" stadionunda keçiriləcək.