28 noyabr 2024. Cümə axşamı

Azərbaycanda Essyenlə birlikdə oynamaq karyeramın zirvəsi idi


Azərbaycanda Essyenlə birlikdə oynamaq karyeramın zirvəsi idi

“Azərbaycanda iki klubda oynadım və mənə qarşı olan münasibətdən razı qaldım. Burada kiçik problemlər yaşadım, lakin bu ölkəyə getdiyim üçün peşman deyiləm".

Corner.az-ın məlumatına görə, bu fikirləri hazırda Cənubi Afrika Respublikasının "Amazulu" klubunda çıxış edən "Sabah" və "Səbail"in sabiq futbolçusu Hendrik Ekşteyn "Soccerladuma" nəşrinə müsahibəsində deyib.

30 yaşlı yarımmüdafiəçi "Səbail"də ulduz futbolçu Maykl Essyenlə birlikdə oynamağının karyerasının zirvəsi olduğunu xatırladıb : "Bu, mənim karyeramın zirvəsi idi. Essyenlə hələ də əlaqəni davam etdiririk. Ümumiyyətlə, Azərbaycanda mənə sevgi göstərdilər".

Qeyd edək ki, Hendrik Ekşteyn 2019-cu ildə "Sabah"ın, 2020/2021 mövsümündə isə "Səbail"in formasını geyinib.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir