27 oktyabr 2024. Bazar günü

Legiya'nın sabiq futbolçusu Mahir Emreli haqda: güclü və təhlükəli


Legiya'nın sabiq futbolçusu Mahir Emreli haqda: güclü və təhlükəli

Polşanın “Legiya” klubunun sabiq futbolçusu Voystex Kovalçik açıqlama verib.

Corner.az xəbər verir ki, yerli mətbuata danışan 49 yaşlı keçmiş futbolçu, Varşava təmsilçisinin oyunçusu Mahir Emrelinin güclü hücumçu olduğunu deyib:

“Legiya” Polşa çempionatında avrokuboklara nisbətən az qol vurub. “Legiya” bu baxımdan dəhşətli görünür. Ümumiyyətlə, bu problem təkcə bu mövsümdə deyil, ötən illərdə də aktual olub. Bunun üçün əvvəlki matçları xatırlamaq kifayət edər. Bu mövsüm isə yerli çempionatda sadəcə üç qol vurublar.

Baş məşqçi Çeslav Mixneviçin sərəncamında Tomaş Pekqart, Mahir Emreli və Rafa Lopes kimi güclü hücumçular var. Onların hər biri təhlükəlidir. Xüsusilə, “Slaviya” (Praqa) ilə matçda bunu sübut etdilər”.







Xəbər news