- Xəbər news
- 11:02 25.10.2024
Artıq bütün mobil operator istifadəçiləri (Azercell, Bakcell və Nar) “8112” qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə edə bilər.
SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, Fonda 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN dəyərində ianə etmək
mümkündür.
SMS-si göndərdikdən dərhal sonra vətəndaşa ödənişin statusu ilə bağlı müvafiq cavab mətni göndərilir.
Hər
hansı bir səbəbdən əməliyyatın uğursuz olması ilə bağlı cavab gələrsə abunəçi
əlavə məlumat almaq üçün https://qdf.gov.az/iane-et/sms-telimat səhifəsinə
keçid edə bilər. Həmin səhifədə uğursuz əməliyyatlarla bağlı ətraflı məlumat
əks olunub.
Qeyd
edək ki, SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur.
Xatırladaq ki, Fonda vəsait köçürmək istəyən şəxslər SMS ianə ilə yanaşı, Qarabağ Dirçəliş Fondunun rəsmi veb səhifəsi (www.qdf.gov.az/iane-et/), bankların veb
saytları və mobil tətbiqləri (“Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Unibank”, “Paşa Bank”, “Express Bank”, “Rabitə Bank” və s.), eyni zamanda onlayn ödəmə platformaları (Hesab.az, AsanPay, Hökümət ödəniş portalı, Portmanat, E-pul) və ödəniş terminalları (MilliÖn, E-Manat) vasitəsilə ödənişi həyata keçirə bilərlər.
Məbləğindən asılı olmayaraq edilən hər ianə Qarabağın bərpası üçün böyük töhfədir.
İanə
edək, Qarabağı birlikdə daha gözəl bərpa edək!