- Xəbər news
- 15:12 27.11.2025
Monaco'nun futbolçusu Radamel Falcao Fransa mətbuatına maraqlı açıqlama verib.
Corner.az xəbər verir ki, “France Football” nəşrinə açıqlama verən kolumbiyalı hücumçu, futbolçu karyerasını bitirdikdən sonra beysbola başlamaq istədiyini bildirib: “Uşaqlığımdan bəri beysbolu çox sevirəm. Venesuelada olarkən də bununla məşğul olurdum. Bu barədə həyat yoldaşımla tez-tez danışırıq. Futbolçu karyeramı bitirdikdən sonra beysbola başlamaq istəyirəm. Basketbolçu Michael Jordan kimi.Jordan basketbolda adından söz etdirən biri oldu və üst səviyyədə çıxış edirdi, ancaq beysbolda özünü göstərə bilmədi. Amma mən ilk olmaq istəyirəm”.