- Xəbər news
- 21:58 14.03.2026
Rusiya millisinin və Polşanın "Legiya" klubunun sabiq baş məşqçisi Stanislav Çerçesov Azərbaycan yığmasının futbolçusu Mahir Emrelini fərqləndirib.
Corner.az-ın məlumatına görə, 58 yaşlı mütəxəssis Moskva "Spartak"ının evdə Varşava təmsilçisinə 0:1 hesabı ilə məğlub olduğu Avropa Liqasının qrup mərhələsinin I tur oyunu ilə bağlı müsahibəsində fikirlərini bölüşüb.
Çerçesov ilk olaraq "Legiya"nın qapıçısı Artur Borutsu da tərifləyib və millimizin hücumçusu Emrelinin də maraqlı hücumçu olduğunu sözlərini əlavə edib: "Öz səviyyəsində çıxış edən Borutsu tərifləməliyəm. Üstəlik, bütün oyunçular çox çalışdılar və bacardıqları qədər mübarizə apardılar. Mahir Emreli maraqlı hücumçudur. Filip Mladenoviç də çox yaxşı idi".
Qeyd edək ki, "Legiya" hazırda 3 xalla C qrunda liderdir. İngiltərənin "Lester" və İtaliyanın "Napoli" komandalarının hərəyə bir xalı var. Xalı olmayan "Spartak" isə qrupda sonuncu pillədə qərarlaşıb.