10 dekabr 2025. Çərşənbə

İstefa vermədiyinə görə ailəsi ona "xəstə" deyir


İstefa vermədiyinə görə ailəsi ona "xəstə" deyir

İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Stiv Bryus maraqlı açıqlama ilə gündəmə gəlib.

Corner.az xəbər verir ki, 60 yaşlı mütəxəssis, komandasının uğursuz çıxışının davam etməsinə baxmayaraq, istefa vermədiyinə görə ailəsi tərəfindən “xəstə” adlandırıldığını söyləyib:

“Ailəm mənim xəstə olduğumu düşünür. Mən çətinlikləri görəndə təslim olub yarıda qoyaraq gedənlərdən deyiləm. Belə şeyi heç vaxt düşünməmişəm. Özümə “üzərində təzyiq var, tez işindən ayrıl” demirəm.

“Nyukasl”ın yuxarı pillələrə oynayan bir komanda olmasını istəyirəm. Bunu bacarana qədər də ayrılmağı düşünmürəm”.

“Nyukasl” Premyer Liqada 4 turdan sonra 19-cu sıradadır.







Xəbər news