10 dekabr 2025. Çərşənbə

Krivotsyuk'un komandasından darmadağın


Krivotsyuk'un komandasından darmadağın

Polşa çempionatında 8-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Yagelloniya”nı qəbul edib. Futbolçumuzun komandası bu oyundan darmadağınlı qələbə qazanıb – 3:0.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Visla” 8 turdan sonra 10 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.







Xəbər news