8 may 2026. Cümə

Qurbanovsuz darmadağın


Qurbanovsuz darmadağın

Belarus çempionatında 23-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Ruslan Qurbanovun komandası “Slaviya” (Mozır) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Brest “Dinamo”sunun qonağı olub. Azərbaycanlı futbolçunun komandası bu oyunda darmadağınla qələbə qazanıb – 3:0.

Ruslan bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Slaviya” bu qələbədən sonra Belarus çempionatında 18 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı