28 may 2026. Cümə axşamı

Zidanın maaşı açıqlandı - FANTASTİK MƏBLƏĞ


Zidanın maaşı açıqlandı - FANTASTİK MƏBLƏĞ

"Real"la 2022-ci ilin yayına qədər müqavilə imzalayan Zinəddin Zidanın Madrid klubundakı gəliri açıqlanıb.

Corner.az xəbər verir ki, 46 yaşlı məşqçi ilinə 12 milyon avro qazanacaq. Bundan başqa, Zidan üçün əlavə bonuslar da olacaq.

Qeyd edək ki, fransalı mütəxəssis ötən yay ayrıldığı "kral klubu"nda ilinə 7.5 milyon avro maaş alırdı. 2016-cı ildə komandaya baş məşqçi təyin olunanda isə onun illik qazancının 2.5 milyon avro olduğu açıqlanmışdı.

"Teleqraf"







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı