Polşa çempionatında 8-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Qurnik”i qəbul edib. Futbolçumuzun komandası bu oyunda qələbə qazanıb - 3:1.
Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 46-cı dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu və qələbəni təmin edən qolunu da 79-cu dəqiqədə məhz Emrelidən gəlib.
Səkkiz turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 12-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.