28 noyabr 2024. Cümə axşamı

Ronaldonun 288 min avrosu mənimsənilib


Ronaldonun 288 min avrosu mənimsənilib

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo 3 il ərzində fırıldaqçı qadın tərəfindən aldadılıb.

Corner.az "Jornal de Noticias" qəzetinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçuya dəymiş ziyan 288 min avro təşkil edir.

53 yaşlı səyahət agenti portuqaliyalı futbolçunun getmədiyi 200 səfər üçün ondan pul alıb.

Kriştiano Ronaldo ona bank kartı və digər sənədlərin detallarını verib. Həmin şəxsin Luiş Nani, Manuel Fernandeş və futbol agenti Jorje Mendeş də daxil olmaqla bir neçə şəxsi aldada biləcəyi ehtimal olunur.

Səyahət agenti 2017-ci ildə saxlanılıb və qarət etdiyi şəxslərə pullarını qaytarır.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir