10 dekabr 2025. Çərşənbə

Dadaşov Portuqaliya çempionatında qol vurdu


Dadaşov Portuqaliya çempionatında qol vurdu

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Tondela"nın heyətində Portuqaliya çempionatında ilk qolunu vurub.

Corner.az-ın məlumatına görə, 22 yaşlı hücumçu "Braqa"ya 1:3 hesabı ilə məğlub olduqları Premyer Liqanın 6-cı tur oyununda fərqlənib.

Komandasının yeganə qoluna 86-cı dəqiqədə Dadaşov vurub.

Qeyd edək ki, "Tondela" 6 oyundan sonra 3 xalla 16-cı, "Braqa" isə 11 xalla 5-ci pillədə qərarlaşıb. Müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsus olan Renat Dadaşov icarə əsasında Portuqaliya təmsilçisində çıxış edir.







Xəbər news