10 dekabr 2025. Çərşənbə

Berbatovun federasiya prezidentliyinə namizədliyi təsdiqləndi


Berbatovun federasiya prezidentliyinə namizədliyi təsdiqləndi

 "Mançester Yunayted" və "Tottenhem" klubunun sabiq futbolçusu Dimitar Berbatov Bolqarıstan Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olub.

Corner.az "Bulgarian Football" nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı keçmiş hücumçunun namizədliyini "ÇSKA-Sofiya" daxil olmaqla, bir neçə yüksək liqa təmsilçisi dəstəkləyib.

Federasiyanın hazırkı rəhbəri Borislav Mixaylov da bu vəzifəyə yenidən namizəd olacaq. Seçkilər oktyabrın 12-də baş tutacaq.

Qeyd edək ki, Dimitar Berbatov iki dəfə İngiltərə çempionluğu, Liqa Kuboku və ölkə Superkubokunu qazanıb.







Xəbər news