Polşa millisinin və “Bavariya” klubunun hücumçusu Robert Levandovskiyə “Qızıl buts” mükafatı təqdim olunub. Corner.az xəbər verir ki, “Qızıl buts” mükafatı Avropa liqalarında ən çox qol vurmuş futbolçuya verilir.
Levandovski də 2020/21 mövsümündə Almaniya Bundesliqasında 42 qol vurub. 33 yaşlı hücumçu bununla "Barselona"dan PSJ-yə keçən Lionel Messini (30 qol) və "Yuventus"u "Mançester Yunayted"ə dəyişən Kriştiano Ronaldonu (29 qol) geridə qoyub.
Qeyd edək ki, Robert Levandovski 2014-cü ildən “Bayern”in uğurları üçün çalışır.