26 oktyabr 2024. Şənbə

Ronaldo ən çox qazanan futbolçular siyahısında Messini qabaqladı


Ronaldo ən çox qazanan futbolçular siyahısında Messini qabaqladı

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo ən çox qazanan futbolçular siyahısında birinci pilləyə yüksəlib.

Corner.az xəbər verir ki, "Forbes"in versiyasına əsasən, buna səbəb 36 yaşlı hücumçunun "Yuventus"u "qırmızı şeytanlar"a dəyişməsi olub.

Portuqaliyalı futbolçu 2021/2022 mövsümündə vergilər çıxılmadan 106,6 milyon avro qazanacaq. Bunun 59,7 milyon avrosu İngiltərə təmsilçisinə qayıtdığı üçün maaş və bonuslardan əldə olunacaq.

Fransanın PSJ klubunun oyunçusu Lionel Messi 93,8 milyon avro ilə Ronaldodan geri qalır. Onun komanda yoldaşları Neymar (81 milyon avro) və Kilian Mbappe (36,7 milyon avro) növbəti pillələrdə qərarlaşıb.







Xəbər news