- Xəbər news
- 22:34 14.11.2024
Surinamın 60 yaşlı vitse-prezidenti Ronni Bryunsviyk rəsmi futbol matçına çıxıb.
Corner.az xəbər verir ki, o, prezidenti olduğu “İnter Munqotapu”nun (Surinam) heyətində KONKAKAF Liqasında “Olimpia”ya (Honduras) qarşı görüşdə meydanda olub. Matça start heyətdə başlayan Bryunsviyk 54-cü dəqiqədə əvəzlənib.
Ronni Bryunsviyk rəsmi oyunlarda meydana çıxan ən yaşlı oyunçu olub.
Görüş “Olimpia”nın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.