26 oktyabr 2024. Şənbə

Qurbanlının komandası 3 xalı 4 qolla qazandı


Qurbanlının komandası 3 xalı 4 qolla qazandı
Futbol üzrə Moldova çempionatında 11-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Balti”nin qonağı olub. Futbolçumuzun komandası bu oyunda qələbə qazanıb – 4:2.
 
Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Keçirdiyi 11 oyunda 14 xal toplayan “Dinamo-Avto” 8 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.






Xəbər news