Futbol üzrə Polşa kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası – “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə aşağı liqa təmsilçisi “Korona"nın qonağı olub. Futbolçumuzun komandası 120 dəqiqə sürən bu görüşdən 3:4 hesablı məğlubiyyətlə ayrılıb və mübarizəni erkən dayandırıb.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin müdafiəçisi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 107-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.