9 may 2026. Şənbə

Mənə İnstaqram vasitəsilə təklif göndərdilər - Azərbaycan klubunun sabiq futbolçusu


Mənə İnstaqram vasitəsilə təklif göndərdilər - Azərbaycan klubunun sabiq futbolçusu

"Səbail”in sabiq futbolçusu Ayrton Stati maraqlı açıqlama verib.

Corner.az xəbər verir ki, Niderland mətbuatına danışan 27 yaşlı sol cinah müdafiəçisi, 2017-ci ilin yayında Azərbaycan təmsilçisindən “İnstaqram” vasitəsilə təklif aldığını bildirib:

“2017-ci ildə Azərbaycan klubu “Səbail”dən “İnstaqram” vasitəsilə inanılmaz təklif aldım. Gedib oranı görmək üçün bilet göndərdilər. Mənimlə ulduz futbolçu kimi davrandılar. Orda həyat çox yaxşı idi. Mənə pulumu qəpiyinə qədər ödədilər”.

Ayrton Stati 2017/2018 mövsümündə “Səbail”in formasını geyinib. O, hazırda Niderlandda, “Kozakken Boys”da çıxış edir.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı