Çexiya 2-ci divizionunda 9-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda Praqa “Dukla”sını qəbul edib. Jijkov təmsilçisi bu oyunda heç-heçə ilə üzləşib – 1:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, 90+3-cü dəqiqəsində meydana buraxılıb.
“Viktoriya” 9 turdan sonra 8 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.