24 mart 2026. Çərşənbə axşamı

Abdullayevli Etnikos cari mövsümdə ilk xalını qazandı


Abdullayevli Etnikos cari mövsümdə ilk xalını qazandı
Kipr çempionatında 4-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Doxa”nın qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Araz da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 50-ci dəqiqədə əvəzlənib.
 
Keçirdiyi əvvəlki oyunlardan məğlubiyyətlə ayrılan “Etnikos” hazırda 1 xalla 12 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.






Xəbər news