5 dekabr 2025. Cümə

Paul Scholes 31 gündən sonra istefa verdi


Paul Scholes 31 gündən sonra istefa verdi

İngiltərənin IV liqasında mübarizə aparan “Oldham Athletic”in baş məşqçisi Paul Scholes istefa verib. 

Corner-ın məlumatına görə, 44 yaşlı baş məşqçi postunda cəmi 1 ay qala bilib. Belə ki, “Manchester United”in U-23 komandasını “Oldham Athletic”ə dəyişən Scholes yeni klubunu çətin vəziyyətdən çıxara bilmədiyi üçün bu addımı atıb. O, 31 gündə IV liqa təmsilçisinə 7 matçda cəmi 1 qələbə qazana bilib 

Qeyd edək ki, “Oldham Athletic” 37 turdan sonra 48 xalla 14-cü yerdədir.







Xəbər news