İtaliya milli komandasının və "Milan"ın sabiq futbolçusu Paolo Maldininin oğlu Daniel Maldini İtaliyanın U-18 yığmasına cəlb olunub.
Corner.az Football Italia'ya istinadən xəbər verir ki, 17 yaşlı hücumçu Hollandiya ilə yoldaşlıq matçı üçün milliyə dəvət alıb.Milan'ın gənclər komandasında çıxış edən oyunçu 22 matçda 9 qol vurub. O, Maldini ailəsinin İtaliya yığmasında çıxış edən üçüncü üzvü olub. Daniel Maldininin babası Çezara Maldini də Milan'ın və İtaliya millisinin şərəfini qoruyub.
Qeyd edək ki, Paolo Maldini 1988-2002-ci illərdə İtaliya yığmasında çıxış edib.