28 noyabr 2024. Cümə axşamı

Jurnalist Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur


Jurnalist Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Müalicə aldığı "Yeni Klinika"dan bildirilib ki, jurnalistin vəziyyətində dəyişiklik yoxdur.

"Tanınmış jurnalist Elnur Əşrəfoğlunun ECMO dəstəyi davam edir", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.(report)







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir