28 noyabr 2024. Cümə axşamı

Legiya'nın sabiq futbolçusu Mahir Emrelini tənqid edib


Legiya'nın sabiq futbolçusu Mahir Emrelini tənqid edib

"Komandanın ən böyük qüsuru qeyri-effektivlikdir. Əvvəlki yarışlarda cərimə meydançasına asmaların demək olar ki, hamısı Tomaş Pekqartın qolu ilə nəticələnirdi. İndi belə zərbələr endirən yoxdur".

Corner.az xəbər verir ki, bu fikirləri Polşanın "Legiya" klubunun sabiq futbolçusu Marek Yovyak Varşata təmsilçisinin çıxışı barədə "Przegladsportowy" nəşrinə müsahibəsində deyib.

54 yaşlı polşalı keçmiş müdafiəçi Azərbaycan millisinin hücumçusu Mahir Emreli və portuqaliyalı forvard Rafael Lopesin IX turda "Rakuv"la oyundakı çıxışını tənqid edib.

Yovyakın sözlərinə görə, "Legiya"nın "mərmilər"i lazımi formada deyil: "Mahir Emreli və Rafael Lopesin o cür epizodlardan yararlanmaları lazımdır. Qol vurmamaq günah olardı".

Qeyd edək ki, "Legiya" "Rakuv"a evdə 2:3 hesabı ilə uduzub. Varşava təmsilçisinin ilk qolunu 33-cü dəqiqədə Mahir Emreli vurub.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir