28 noyabr 2024. Cümə axşamı

UEFA Superliqada qalan klublara qarşı araşdırmanı dayandırıb


UEFA Superliqada qalan klublara qarşı araşdırmanı dayandırıb

UEFA "Barselona" və "Real Madrid" və "Yuventus" klublarına qarşı Avropa Super Liqasının təşkili ilə əlaqədar araşdırmaları dayandırıb.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa layihəsi səbəbindən qanunvericilik bazasının mümkün pozuntusu qüvvədən düşmüş sayılıb. Nəticədə işin icraatı sanki ümumiyyətlə açılmayıbmış kimi, nəticə vermədən ləğv edilib.

Qeyd edək ki, "Real Madrid", "Barselona" və "Yuventusla yanaşı, İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da turnirdə iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina etmişdi.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir