26 oktyabr 2024. Şənbə

AFFA-nın icraçı vitse-prezidenti Şəkiyə səfər edib


AFFA-nın icraçı vitse-prezidenti Şəkiyə səfər edib

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Şəki şəhərinə səfərə gedib.

Corner.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, E.Məmmədov səfər çərçivəsində Şəkidə müxtəlif yaş qruplarından ibarət komandalarda məşq edən uşaqlarla görüşüb, onlara AFFA-nın adından oyun geyimləri və top təqdim edib.

İcraçı vitse-prezident uşaqlarla söhbətləşib, növbəti həftə liqalarda iştirak edəcək oyunçulara uğurlar arzulayıb.

Görüşün sonunda simvolik olaraq oyun keçirilib.







Xəbər news