26 oktyabr 2024. Şənbə

Argentina və İtaliya millisi Maradona üçün oynayacaq


Argentina və İtaliya millisi Maradona üçün oynayacaq

Ötən ilin noyabrında vəfat edən argentinalı sabiq futbolçu Dieqo Maradonanın xatirəsinə İtaliya və Argentina yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Corner.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) mətbuat xidməti məlumat yayıb. Məlumatda, qurumun UEFA ilə razılıq əldə etdiyi və Argentinayla İtaliya yığmaları arasında yoldaşlıq oyunu keçiriləcəyi vurğulanıb.

Maradonanın xatirəsinə həsr olunan oyun 2022-ci ilin iyununda olacaq. Dəqiq tarix hələlik bəlli deyil.

İtaliya yığması bu il keçirilən AÇ-2020-ni, Argentina millisi isə Amerika kubokunu qazanıb.

Maradona 2020-ci ilin noyabrın 25-də, 60 yaşında vəfat edib.







Xəbər news