26 oktyabr 2024. Şənbə

Elxan Məmmədov Qəbələ Futbol Akademiyasında olub


Elxan Məmmədov Qəbələ Futbol Akademiyasında olub

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Qəbələ” Futbol Akademiyasında olub.

Corner.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, E.Məmmədov “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfovla birlikdə akademiyada hazırlıq keçən uşaqlarla görüşüb.

“Qəbələ” Futbol Akademiyasının fəaliyyətini yüksək qiymətləndirən icraçı vitse-prezident yaradılan şəraitə görə klub rəhbərliyinə minnətdarlığını bildirib.

Görüş çərçivəsində akademiyanın gələcək fəaliyyəti və futbolun inkişafı istiqamətində atılacaq addımlar müzakirə olunub.

Xatırladaq ki, "Qəbələ" Futbol klubunun Premyer Liqada çıxışı və akademiyanın fəaliyyəti ilə bağlı mövsümün əvvəlində AFFA tərəfindən kluba maliyyə yardımı göstərilib.







Xəbər news