5 dekabr 2025. Cümə

“Özümüzə gəlməliyik” – Ballack


“Özümüzə gəlməliyik” – Ballack

Almaniya millisinin sabiq futbolçusu Michael Ballack, Çempionlar Liqasında almaniya klubunun qalmaması haqqında açıqlama verib.

Corner.az xəbər verir ki, sabiq futbolçu, millidəki uğursuzluqlara da toxunaraq, Almaniya futbolunda böyük problemlərin olduğunu deyib: “Dünya çempionatında mübarizəni tez dayandırdıq, Millətlər Liqasında liqadan düşdük. Çempionlar Liqasının 1/4  final mərhələsində klubumuz yoxdur. Bütün bunlar nələrisə səhv etdiyimizi göstərir. Mövcud vəziyyəti mülayimləşdirməyin bir mənası yoxdur. Bu vəziyyətə çarə tapmalı, özümüzə gəlməliyik”.

Qeyd edək ki, Almaniya təmsilçilərindən Borussia Dortmund, Schalke və Bayern Munich Çempionlar Liqasında Tottenham, Manchester City və Liverpool'a məğlub olaraq, mübarizəni dayandırıb.







Xəbər news