5 dekabr 2025. Cümə

Drogba iş axtarır


Drogba iş axtarır
"Chelsea" və "Galatasaray"ın sabiq futbolçusu Didier Drogba gələcək planları haqqında açıqlama verib.

Corner.az xəbər verir ki, ötən ilin noyabrında futbolçu karyerasını başa vuran 41 yaşlı hücumçu hələlik dəqiq qərar vermədiyini deyib: 
“İş axtarıram. Hazırda vaxtımı istirahət və digər işlərlə keçirirəm. Fil Dişi Sahilində fondum var. Bundan başqa, səyahət edirəm. Maraqlı insanlarla rastlaşıram. 

“Baş məşqçi ola bilərəm? Niyə də yox. Hətta indi də buna hazıram. Bəyəndiyim işlə məşğul olacam”.

Qeyd edək ki, Droqga karyerası ərzində "Chesea" və "Galatasaray"dan başqa, Fransada "Marseille", Çində "Shanghai Shenshua ", Kanadada "Montreal İmpact" klublarının şərəfini qoruyub.






Xəbər news