10 dekabr 2025. Çərşənbə

Qurbanlının komandası yenə uduzdu


Qurbanlının komandası yenə uduzdu

Moldova çempionatında 13-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Petrokub”un qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 1:6. “Dinamo-Avto” bundan əvvəlki turda da “Şerif”ə 7 cavabsız qolla uduzmuşdu.

Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Keçirdiyi 13 oyunda 14 xal toplayan “Dinamo-Avto” 8 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.







Xəbər news