10 dekabr 2025. Çərşənbə

Krivotsyuk'un komandası yenə uduzdu


Krivotsyuk'un komandası yenə uduzdu

Polşa çempionatında 9-cu turun oyunları keçirilib.

 Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Qurnik”in qonağı olub. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 2:4.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.

“Visla” 10 turdan sonra 10 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.







Xəbər news