- Xəbər news
- 22:34 14.11.2024
Lənkəran rayonuna səfər çərçivəsində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün “Xan Lənkəran” Futbol Klubunun nümayəndələri ilə görüşüb.
Corner.az xəbər verir ki, görüşdə klubun fəaliyyəti və gələcək planları barədə AFFA rəhbərliyinə məlumat verilib.
Qeyd olunub ki, cari mövsümdən etibarən komanda bütün hüquqi prosedurlar yerinə yetirildikdən sonra “Region Liqası” turnirində iştirak edəcək. Elxan Məmmədov bildirib ki, klubun liqada iştirakı üçün AFFA tərəfindən müəyyən dəstək göstəriləcək.
“Xan Lənkəran” FK-nın nümayəndələri görüşün keçirilməsinə və dəstəyə görə AFFA-ya təşəkkür edib.