3 fevral 2026. Çərşənbə axşamı

Braziliyada hakimi döyən futbolçu həbs edilib - VİDEO


Braziliyada hakimi döyən futbolçu həbs edilib - VİDEO

Braziliyanın "SK San-Paulu" klubunun futbolçusu Uilyam Ribeyro həbs edilib.

Corner.az ESPN-ə istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı oyunçunun "Quarani" ilə görüşdə baş hakim Rodriqo Krivellaroya hücum etməsi olub.

Hadisə qarşılaşmanın 61-ci dəqiqəsində baş verib. Müdafiəçi hakimi yumruqla vurub, sonra isə boynuna təpiklə zərbə endirib. Huşunu itirən referi xəstəxanaya aparılıb və görüş dayandırlıb.

Polis Ribeyronun hərəkətlərini qətlə cəhd kimi qiymətləndirib.Yerli həbsxanaya göndərillən futbolçu cərimə də ödəyəcək.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO