3 fevral 2026. Çərşənbə axşamı

Elxan Məmmədov Masallıda


Elxan Məmmədov Masallıda

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov növbətini səfərini Masallı rayonuna edib.

Corner.az xəbər verir ki, futbol veteranları Samir Əliyev və Vüqar Nadirovla birgə icraçı vitse-prezident Masallı Olimpiya İdman Kompleksində aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb.

Uşaqlara AFFA-nın adından geyim dəstləri və toplar verilib. Elxan Məmmədov, Samir Əliyev və Vüqar Nadirov liqalarda çıxış edəcək komandalara uğurlar arzulayıblar.

Tədbirin sonunda simvolik oyun keçirilib.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO