26 oktyabr 2024. Şənbə

TOP-5 çempionatlarının ən bahalı klubları - SİYAHI


TOP-5 çempionatlarının ən bahalı klubları - SİYAHI

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) TOP-5 çempionatlarında ən bahalı heyəti olan klubların siyahısını hazırlayıb.

Corner.az xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubusiyahının ilk pilləsində  yer alıb. “Şəhərlilər”in heyətinin dəyəri 1,280 milyard avrodur.

Heyətini Kriştiano Ronaldoyla gücləndirən “Mançester Yunayted” 1,214 milyard avro ilə 2-ci pillədə qərarlaşıb. Lionel Messini “rənglərinə bağlayan” PSJ-nin dəyərki isə 808 milyon avrodur.

Avropanın ən dəyərli klubları

  1. Mançester Siti (İngiltərə) – 1,280 milyard avro
  2. Mançester Yunayted (İngiltərə) – 1,214
  3. Çelsi (İngiltərə) – 946 milyon avro
  4. Barselona (İspaniya) – 896
  5. Bayern (Almaniya) – 890
  6. Liverpul (İngiltərə) – 868
  7. Real (İspaniya) – 846
  8. PSJ (Fransa) – 808
  9. Borussiya (Dortmund, Almaniya) – 687
  10. Atletiko (İspaniya) – 662






Xəbər news