26 oktyabr 2024. Şənbə

Liverpul'un sabiq futbolçusu Salah'ı təriflədi


Liverpul'un sabiq futbolçusu Salah'ı təriflədi

İngiltərə milli komandasının və “Liverpul”un sabiq futbolçusu Cimi Karagger Mersisayd təmsilçisinin hücumçusu Məhəmməd Salahla bağlı fikirlərini bildirib.

Corner.az xəbər verir ki, “Daily Mail” nəşrinə danışan 43 yaşlı keçmiş müdafiəçi, 29 yaşlı misirli hücumçunun hazırda ən yaxşı futbolçu olduğunu deyib:

“Hazırda Salahı dünya və Avropa futbolunda çıxış edən hər kəsdən yaxşı çıxış edir. Həqiqətən, bu, mənim şəxsi fikrimdir. Onun oyunlarını izləyirəm. “Liverpul” onunla mütləq yeni müqavilə bağlamalıdı, əks halda onu itirəcək. O, “Liverpul”da çıxış edən ən böyük futbolçulardandır”.







Xəbər news