26 oktyabr 2024. Şənbə

Tanınmış futbolçu Ferrari'nin üstündə salto vurdu - VİDEO


Tanınmış futbolçu Ferrari'nin üstündə salto vurdu - VİDEO

İtaliyanın "İnter" klubunun futbolçusu Arturo Vidalın sərxoş halda görüntüləri yayılıb.

Corner.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, video avqustun 18-də İtaliya A Seriyasında mövsümün başlamasına bir neçə gün əvvəl çəkilib.

Bardan çıxan 34 yaşlı yarımmüdafiəçi ona yaxınlaşan azarkeşlə şəkil çəkdirib. Çili millisinin üzvü daha sonra "Ferrari"nin baqajına çıxıb və arxası üstə salto vurmaq istəyib. Yoldan keçən başqa bir nəfər isə oyunçunun oturacaqda əyləşməsinə köməklik göstərib. O, bir müddət sonra avtomobilində əyləşib.

Qeyd edək ki, Arturo Vidal 2020-ci ildən "İnter"də oynayır.







Xəbər news