26 oktyabr 2024. Şənbə

Azərbaycan millisini türkiyəli mütəxəssis çalışdırmalıdır


Azərbaycan millisini türkiyəli mütəxəssis çalışdırmalıdır

Türkiyəli tanınmış futbol mütəxəssisi Samet Aybaba Azərbaycan milli komandası haqda danışıb.

Corner.az xəbər verir ki, 66 yaşlı mütəxəssis, “Milliyyət” qəzetinə verdiyi geniş müsahibədə milli komandamımızı türk məşqçinin çalışdırmalı olduğunu bildirib:

“Azərbaycan bizim qardaş ölkəmizdir. Bunu bilirsiniz. Azərbaycan milli komandalarında bir nəfər də olsun türkiyəli mütəxəssis yoxdur. İndiyədək yığmada türkiyəli baş məşqçi olmayıb. Belə şey olarmı? Bu, ən bəsit misaldır. Bizim baş məşqçilər mütləq Azərbaycanda işləməsi lazımdır”.







Xəbər news