- Xəbər news
- 21:58 14.03.2026
Braziliyanın "Palmeyras" klubunun futbolçusu Felipe Melo həbs edilə bilər.
Corner.az yerli mətbuata istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçinin "Flamenqo"ya qarşı Libertadores Kubokunun final oyununun keçiriləcəyi Uruqvayda saxlanıla bilər.
2017-ci ildə "Palmeyras" və "Penyarol" komandaları arasında matçdakı insident baş verib və futbolçular arasında münaqişə yaşanıb. Melo həmin vaxt rəqib oyunçuya yumruqla zərbə endirib. Hadisədən sonra bir neçə şəxs saxlanılsa da, yarımmüdafiəçi Uruqvayı tərk edib.
Ölkədə davam edən məhkəmə ilə əlaqədar braziliyalı futbolçunun saxlanılacağı gözlənilir. Belə olacağı təqdirdə, Melo final görüşünü buraxmalı olacaq.
Qeyd edək ki, 2011 - 2015-ci ildə "Qalatasaray"da çıxış etmiş Felipe Melo 2016-cı ildən Braziliya təmsilçisinin formasını geyinir. "Palmeyras" - "Flamenqo" qarşılaşması noyabrın 27-də olacaq.