- Xəbər news
- 22:34 14.11.2024
Türkiyənin “Fənərbaxça” klubunun sabiq futbolçusu Qreqori van der Vil maraqlı açıqlama ilə gündəmə gəlib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi, İstanbul klubundan ayrılan zaman təhdid olunduğunu deyib:
“Fənərbaxça”dakı ilk ilimdən sonra ayrılmaq istədim. Həyat yoldaşım hamiləydi. Klub prezidenti tərəfindən təhdid olundum.Həyatımı riskə ataraq ayrılmaq məcburiyyətində qaldım”.
Niderlandlı futbolçu 2016-cı ilin iyulundan 2017-ci ilin sentyabrına qədər “Fənərbaxça”da çıxış edib. O, İstanbul təmsilçisi ilə 17 oyunda iştirak edib.