Fransanın “France Football” nəşri 2021-ci il üçün Lev Yaşin mükafatına namizədlərin siyahısını açıqlayıb. Corner.az xəbər verir ki, siyahıda 10 qapıçının adı yer alıb.
Bu ada italiyalı Canluici Donnarumma (PSJ), kosta-rikalı Keylor Navas (PSJ), almaniyalı Manuel Noyer (“Bayern”), braziliyalı Ederson (“Mançester Siti”), sloveniyalı Yan Oblak (“Atletiko”), sloveniyalı Samir Handanoviç (“İnter”), danimarkalı Kasper Şmeyxel ("Lester Siit"), belçikalı Tibo Kurtua ("Real"), seneqallı Eduard Mendi ("Çelsi") və agentinalı Emiliano Martines ("Aston Villa") iddia edirlər.
Mükafatın təqdimetmə mərasimi noyabrın 29-da Parisdə olacaq.
Qeyd edək ki, Lev Yaşin dünya futbolu tarixində "Qızıl top"u qazanmış yeganə qapıçıdır. Bu, 1963-cü ildə baş verib.