10 dekabr 2025. Çərşənbə

Messi Qızıl Top'a namizədliyini şərh etdi


Messi Qızıl Top'a namizədliyini şərh etdi

PSJ-nin futbolçusu Lionel Messi açıqlama verib.

Corner.az xəbər verir ki, 34 yaşlı hücumçu, “qızıl top”a namizədlərində Levandovskini favorit gördüyünü bildirib:

“Komanda yoldaşlarımdan Kilian Mbappe və Neymara səs verə bilərəm. Onlar yaxşı mövsüm keçirdilər, fərdi olaraq da möhtəşəm göstəricilərə imza atdıqlarını düşünürəm.

Robert Levandovski də favoritlərdəndir. Əla mövsüm keçirib.

Bundan başqa, Kərim Benzemanı da unutmamaq  olmaz. Düşünürəm ki, onun üçün yaxşı il oldu”.







Xəbər news