- Xəbər news
- 01:00 22.01.2026
Portuqaliyanın “Portu” klubunun 2020/21 mövsümü üçün maliyyə hesabatı açıqlanıb.
Corner.az xəbər verir ki, “Portu” klubu koronavirus pandemiyasının yaratdığı maliyyə itkilərinə baxmayaraq, ötən mövsümü mənfəətlə başa vurub. Bu barədə “Mais Futebol” nəşri məlumat yayıb.
Məlumatda, Portuqaliya təmsilçisinin 2020/21 mövsümünü 33,4 milyon avro mənfəətlə başa vurduğu bildirilib. Bu, klub tarixi üçün rekord göstəricidir.
“Portu” ötən mövsümü çempionatda 2-ci sırada bitirib.